Tayvanın cənub-qərbində Çiayi prefekturasında 5.6 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Metereologiya Bürosu məlumat yayıb.
Belə ki, bu zəlzələ yanvarın 21-də Dapu rayonunda baş vermiş 6.4 bal gücündə zəlzələnin afterşoklarından biridir.
Zəlzələnin episentrinin Çiayi şəhər mərkəzindən 40,5 kilometr cənub-şərqdə, Dapu qraflığında olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlanıb.
Xatırladaq ki, yanvarın 21-də baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində Çiayi əyaləti silkələnib, zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb.
Mikayıl