Tayvandakı dəhşətli zəlzələdə ölən və yaralananların sayı kəskin artıb

Tayvandakı dəhşətli zəlzələdə ölən və yaralananların sayı kəskin artıb
DÜNYA
09:14 03.04.2024
168
Tayvan sahillərində ötən gün baş verən 7.2 bal gücündə zəlzələ azı 4 nəfərin həyatına son qoyub, 100-ə yaxın şəxs yaralanıb. 

Bu barədə "China Times” nəşri məlumat yayıb. 

Ölkənin Mərkəzi Hava İdarəsi zəlzələnin episentrinin Tayvanın şərqindəki Hualien qraflığından təxminən 25 kilometr aralıda olduğunu bildirib.

Təbii fəlakət zamanı onlarla binaya ziyan dəydiyi deyilir. 
OXŞAR XƏBƏRLƏR