Tbilisi aeroportu bağlanacaq

Tbilisi aeroportu bağlanacaq
DÜNYA
23:29 08.04.2024
281
Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında, Vazianidə tikintisi planlaşdırılan yeni hava limanı istifadəyə verildikdən sonra Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı mülki uçuşlar üçün bağlanacaq.

AZXEBER.COM "Qafqazinfo”yaistinadən xəbər verir ki, bu haqda Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

"2029-cu ilə qədər biz artıq yeni hava limanına sahib olacağıq və mövcud hava limanını tamamilə yenisinə köçürəcəyik”, - Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze bildirib.

Məlumata görə, yeni hava limanı əvvəllər fəaliyyət göstərən hərbi aerodromun ərazisində yerləşəcək.

Mövcud Tbilisi hava limanı yenisi tikildikdən sonra logistik mərkəzə çevrilə, yaxud da yalnız yük təyyarələrini qəbul edə, eləcə də ölkənin yüksəkvəzifəli şəxsləri və yüksəkrütbəli xarici qonaqlara xidmət göstərə bilər. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.
OXŞAR XƏBƏRLƏR