Tbilisi-Ankara birbaşa uçuşları oktyabrdan bərpa olunur

Tbilisi-Ankara birbaşa uçuşları oktyabrdan bərpa olunur
DÜNYA
21:23 25.08.2025
212
Gürcüstan və Türkiyə paytaxtları arasında birbaşa aviareyslər oktyabr ayından bərpa olunacaq.

Bu barədə Türkiyədə Gürcüstanın səfiri Arçil Kalandia bildirib.

Səfir qeyd edib ki, son aylarda bu məsələ ətrafında Türkiyə tərəfi ilə fəal iş aparılıb və Gürcüstan Prezidentinin Ankaraya rəsmi səfəri zamanı problem həll olunub.

"Ötən il Türkiyədən Gürcüstana 1 milyon 300 mindən çox ziyarətçi gəlib. Birbaşa uçuşlar həm işgüzar əlaqələrin aktivləşməsinə, həm də gürcü turistlərin Ankara və ətraf rayonlara çıxışını asanlaşdıracaq. Eyni zamanda, tibbi turizmin inkişafına da töhfə verəcək”, – deyə Kalandia bildirib.

Bərpa ediləcək reyslər Tbilisi və Ankara arasında müntəzəm olacaq və turizm sektoruna əlavə stimul verəcək.

/report
OXŞAR XƏBƏRLƏR