Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveç hökumətinin ölkədəki radikal təşkilatları maliyyələşdirdiyini bəyan edib.
Bu barədə yerli KİV-lər məlumat yayıb.
Onun sözlərinə görə, "Beynəlxalq Şəffaflıq - Gürcüstan" qeyri-hökumət təşkilatının fəaliyyətinin arxasında İsveç maliyyələşdirməsi durur və ümumilikdə, radikal QHT-lər müvafiq donorlar tərəfindən dəstəklənir.
"İsveç parlamentinin Avropa məsələləri komitəsinin sədri Erik Otoson açıq şəkildə "Maydan" və radikallaşma çağırışları edir. Maraqlıdır ki, İsveçdə heç kim onun bu fikirlərini anlamayıb”, - deyə Papuaşvili vurğulayıb.
///report