Tbilisi meri seçkilərində Kaxa Kaladze liderlik edir

Tbilisi meri seçkilərində Kaxa Kaladze liderlik edir
DÜNYA
05:26 31.10.2021
418
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci turunun ilkin nəticələrini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, MSK artıq Tbilisi üzrə 769 məntəqənin 153-dən (19,8 %) əldə olunan səsləri hesablayıb.

Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 56,1 %, müxalif Vahid Milli Hərəkat Partiyasından Nika Meliya isə 44 % səs əldə edib.
OXŞAR XƏBƏRLƏR