"Suriyadakı qeyri-qanuni hərbi qruplaşmaların Gürcüstan ərazisindən keçərək, Azərbaycana ötürülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
TASS-ın məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTK) rəhbəri Qriqol Liluaşvili Milli Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə həsr olunmuş iclasından sonra keçirdiyi brifinqdə deyib.
"Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə məlumatlara münasibət bildirmək istəyirəm.
Qeyd etməliyəm ki, bu məlumatların əsası yoxdur, yalandır və əsas məqsəd Gürcüstanda, o cümlədən, regionda eskalasiya və gərginlik yaratmaqdır”, - deyə Liluaşvili bəyan edib.