Gürcüstanın paytaxtı tbilisidə 4 Azərbaycanlının ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, yerli mətbuatın verdiyi xəbərə görə, Hadisə Kvemo Poniçala qəsəbəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən avtomobil əvvəlvə işıq dirəklərinə çırpılıb, daha sonra yol kənarındakı piyadaları əzib. Qəza nəticəsində 4 nəfər dünyasını dəyişib 3 nəfər isə ağır yaralanıb.
Onların azərbaycanlı olduqları bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanı törədən qadın sürücü hadisə yerindən qaçsa da, qısa zaman ərzində polis tərəfindən saxlanılıb. Bu barədə Gürcüstan daxil işlər nazirliyi məlumat yayıb.
Onu 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cazı gözləyir.
Məlumata görə 4 nəfərin həyatı bahasına başa gələn avtoqəzaya səbəb yüksək sürət olub.
Baku.tv-nin hazırladığı reportajı təqdim edirik: