Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb
DÜNYA
23:32 10.09.2025
180
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Azadlıq meydanında etirazçılarla polis arasında qarşıdurma olub.

İnsident etirazçıların polisin maskalı əməkdaşlarından bir neçəsinin şəxsiyyətini açıqlamağı tələb etməsindən sonra başlayıb.

Tərəflər arasındakı gərginlik qısa müddət sonra qarşıdurmaya çevrilib.

Hazırda polis əməkdaşları meydanda səfərbər olunub. Etirazçılardan bir hissəsi ərazini tərk etsə də, bir qismi hələ də meydanda qalır.
 
/report
OXŞAR XƏBƏRLƏR