Tbilisidə Novruz bayramı təntənəli şəkildə qeyd olunub - FOTO

Tbilisidə Novruz bayramı təntənəli şəkildə qeyd olunub - FOTO
DÜNYA
23:29 20.03.2024
271
Martın 20-də Tbilisidəki Heydər Əliyev Parkının qarşısında Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, bayram mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Kaxa Qulediani, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın səfirləri, digər ölkələrin səfirliklərinin nümayəndələri, Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri Abanotubani küçəsində Novruz bayramı ilə əlaqədar xüsusi guşə yaradaraq milli-mədəni və incəsənət nümunələrini, Novruz atributlarını nümayiş etdiriblər.

Tədbir iştirakçıları Azərbaycan guşəsini ziyarət edib, milli mətbəximizin ləziz təamlarından dadıblar.

Səfir Faiq Quliyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva qonaqlara hədiyyələr təqdim ediblər.

Sonra Novruz tonqalı alovlandırılıb.

Azərbaycan xalçaları, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş meydanda Kosa və Keçəl duzlu-məzəli söhbətləri ilə tədbirə xoş ovqat qatıblar.

Səfir Faiq Quliyev çıxış edərək Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O, xalqımızın Novruz bayramına verdiyi böyük dəyərdən danışıb, minilliklər ərzində bu bayramı sevə-sevə yaşatdığını bildirib. Qeyd edib ki, qədim köklərə malik bu bayram zəngin adət-ənənələri, bəşəri dəyərləri yaşadır.

Diplomat bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ciddi səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilib. Müstəqilliyimiz dövründə ilk dəfədir ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində - Xankəndidə, Şuşada, Laçında və işğaldan azad olunmuş digər rayonlarımızda təntənəli şəkildə qeyd olunur. Bu ərazilərdə yandırılan bayram tonqalları bir daha sönməyəcək.

Səfir vurğulayıb ki, Gürcüstanın bölgələrində də bayram münasibətilə şənliklər keçirilir. Bu da Gürcüstanda qədim multikultural ənənələrin yaşadılmasının göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır.
F.Quliyev Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr edilən tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze Novruz bayramı şənliyində iştirakdan qürur duyduğunu qeyd edib. Bildirib ki, Tbilisi tolerantlığın nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Şura sədri Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafını xüsusi vurğulayıb.

Tbilisi şəhər merinin müavini Kaxa Guledani, Türkiyənin səfiri Ali Kaan Orbay, Ağsaqqalar Şurasının sədri İsak Novruzov və başqaları çıxışlarında bayram münasibətilə təbriklərini çatdırıblar.

Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.

Abşeron rayon Xırdalan şəhər onbirillik və Lənkəran şəhər C.Cabbarlı adına Musiqi məktəblərinin, "Ceyran” rəqs ansamblının kollektivləri, ayrı-ayrı müğənnilər Azərbaycan və gürcü xalq, bəstəkar mahnılarını, rəqslərini ifa ediblər.

Qeyd edək ki, tədbir Azərbaycan səfirliyinin dəstəyi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Gürcüstandakı Azərbaycanlı Ağsaqqalar Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirin iştirakçılarına çay və Novruz təamları təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir