Tbilisidə polis etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıb

DÜNYA
00:11 02.12.2024
270
Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.

APA "Interpress” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.

Qeyd edək ki, aksiya iştirakçıları hakim "Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.

OXŞAR XƏBƏRLƏR