Tbilisidə yerləşən "Kidobani” ticarət mərkəzində yanğın baş verib.
Mərkəzdəki mağazalardan birində başlayan yanğın üçüncü mərtəbəyə qədər yayılıb.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.










































