Tbilisinin mərkəzində baş verən partlayışın səbəbi məlum olub.
Yaxınlıqda aparılan təmir işlərində istifadə olunan oksigen balonu partlayıb.
Hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan birinin vəziyyəti kritik qiymətləndirilir.
16:53
Tbilisinin mərkəzində baş verən partlayışda 1 nəfər ölüb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs xəstəxanaya çatdırılıb.
Polis partlayış baş verən ərazini bağlayıb və müvafiq istintaq tədbirləri həyata keçirilir.
16:47
Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında güclü partlayış baş verib.
Bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Partlayışın səbəbi hələ məlum deyil.
///Report