TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib

TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
SİYASƏT
09:53 09.08.2025
101
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına və sülh müqaviləsi mətninin paraflanmasına dəstəyini ifadə edib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

TDT-nin Baş katibi həmçinin Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun, onunla əlaqəli strukturların işinin başa çatdırılması ilə bağlı birgə müraciətinə qəti dəstəyini bildirib:

"Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın təmin edilməsi yolunda əhəmiyyətli addımı təmsil edir”.
 
 
///"Report”
OXŞAR XƏBƏRLƏR