Sevindirici haldır ki, TDT-nin rəsmi Zirvə Görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Dövlət başçısı bildirib ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün vacib amildir.
Prezident İlham Əliyevin sözlərinə görə, dünyanın üzləşdiyi geosiyasi təhdidlər fonunda qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü iclasın mövzusuna uyğun olaraq Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Dövlət başçısı əlavə edib ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.