Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "apa”nın sorğusuna cavab olaraq bildirilib ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.