TƏBİB: Ağciyərində “buz kristalı” çıxan 600-dən çox xəstə var

SOSİAL
18:26 03.07.2020
913
"Rayonlara gediş-gəliş, evdə qalmaq məcbur verilmiş qərardır. Əgər hiperdinamiya olacaqsa, bunun çarəsinə bir şəkildə baxılmalıdır. Evdə xüsusi idman hərəkətləri etmək mümkündür”.

AZXEBER.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, xəstəlik lokallaşdırılmasa infeksiya daha çox əraziyə yayılmış olacaq: "Nə qədər erkən normal həyata qayıtsaq o qədər sağlamlığımız üçün xeyirlidir. Rentgendə ağciyərində "buz kristalı” çıxan 600-dən çox müalicə alan xəstə var. Onları da koronavirus xəstəsi kimi müalicə edirik”.

R.Bayramlı əlavə edib ki, serioloji testlərin edilməsinə başlanılıb:

"Yeganə doğru üsul PCR üsuludur. Bunun da cavabı 4-8 saat və ya 24 saata kimi çəkə bilər”.

OXŞAR XƏBƏRLƏR

X Mostbet