TƏBİB: "Ağır qəzada xəsarət alanlar KTM-ə təxliyə olunublar"

SOSİAL
15:35 19.10.2024
175
"Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan iki nəfər (qadın və kişi cinsli) müştərək travmalarla Kliniki Tibb Mərkəzə təxliyə olunub".

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 19-da saat 07:30-da Babək prospekti ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan iki nəfər (qadın və kişi cinsli) müştərək travmalarla Kliniki Tibb Mərkəzə təxliyə olunub", - deyə cavabda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR