TƏBİB: Belə vəziyyətdə səhiyyə sistemi yüklənir

SAĞLAMLIQ
14:32 19.11.2020
271
"Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyonu keçib. Azərbaycanda da təəssüf ki, gündəlik yoluxma hallarının sayı 2 mini ötüb”.

AZXEBER.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, belə vəziyyətdə səhiyyə sistemi yüklənir: "Ölkəmizdə 10-dan çox modul tipli xəstəxanalar tikilib, xaricdən tibbi mütəxəssislər də gətirilib. Bizim üçün tibbi xidmətin keyfiyyəti daha əsasdır. Bu gün hələ də İkinci Qarabağ müharibəsində yaralanan əsgərlərimizə qulluq etməkdə davam edirik”.

OXŞAR XƏBƏRLƏR