TƏBİB: “Bərdə Müalicə-Diaqnostika Mərkəzi”nin direktoru öz xahişi ilə işdən azad olunub

TƏBİB: “Bərdə Müalicə-Diaqnostika Mərkəzi”nin direktoru öz xahişi ilə işdən azad olunub
SOSİAL
17:49 08.06.2020
785
"Bəzi xəbər portallarında "Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib".
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, yazılanlar həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib: "Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik". 

OXŞAR XƏBƏRLƏR