TƏBİB-dən Bakıdakı partlayışla bağlı - AÇIQLAMA

TƏBİB-dən Bakıdakı partlayışla bağlı - AÇIQLAMA
SOSİAL
23:58 26.06.2025
688
26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

AZZEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Ətraflı məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR