TƏBİB-dən Masallıdakı yanğınla bağlı açıqlama - Xəsarət alanlar var

TƏBİB-dən Masallıdakı yanğınla bağlı açıqlama - Xəsarət alanlar var
SOSİAL
17:33 06.10.2023
330
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən apa-ya bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcəkdir.
OXŞAR XƏBƏRLƏR