TƏBİB-dən məktəbin pəncərəsindən yıxılan şagirdlə bağlı - AÇIQLAMA

TƏBİB-dən məktəbin pəncərəsindən yıxılan şagirdlə bağlı - AÇIQLAMA
SOSİAL
16:39 11.04.2025
416
Xəbər verdiyimiz kimi, 220 saylı məktəbdə şagird pəncərədən yıxılıb

Baş verən hadisə ilə bağlı TƏBİB-dən AZXEBER.COM-a verilən açıqlamaya görə, məktəbin pəncərəsdən yıxılan şagird evə buraxılıb:
 
"11.04.2025-ci il tarixində saat 13:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, 220 saylı orta məktəbdən müraciət qeydə alınıb. Dərhal çağırış ünvanına briqada cəlb olunub. 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR