TƏBİB-dən xəstəxanalarda oksigen balonlarının çatışmazlığı iddialarına CAVAB

TƏBİB-dən xəstəxanalarda oksigen balonlarının çatışmazlığı iddialarına CAVAB
SOSİAL
11:11 10.08.2021
554
Son günlər xəstəxanalarda oksigen balonlarının çatışmazlığı ilə bağlı problemlərin olduğu barədə məlumatlar yayılır. 

Bildirilir ki, bu problem nəticəsində koronavirusa (COVID-19) yoluxan xəstələrinin vəziyyəti ağırlaşır.

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. 

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır”.
OXŞAR XƏBƏRLƏR