TƏBİB-dən Xoşqədəm Hidayətqızının müraciətinə cavab

TƏBİB-dən Xoşqədəm Hidayətqızının müraciətinə cavab
SOSİAL
00:17 15.11.2025
693
Aparıcı Xoşqədəm Hidayətqızının ağır vəziyyətdə olan xəstənin yalnız TƏBİB-in icazə verdiyi özəl klinikalarda anju oluna bilməsi ilə bağlı tənqidi paylaşımından sonra qurum açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bunlar qeyd olunub:

"Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa dərhal tibbi xidmət göstərilir. Səhhətində narahatlıq hiss edən şəxsin tibb müəssisəsinə yaxınlaşdıqda şəxsiyyət vəsiqəsini qeydiyyatçıya təqdim etməsi kifayətdir ki, ona tibbi xidmət göstərilsin.

"İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na əsasən təcili tibbi yardım zamanı özəl tibb müəssisəsində göndəriş vərəqəsi tələb olunmur. Bu zaman vətəndaş özəl tibb müəssisəsində göndəriş vərəqəsi olmadan icbari tibbi sığortaya daxil olan tibbi xidmətlərdən Xidmətlər Zərfi çərçivəsində yararlana bilər. 

Pasiyent özəl tibb müəssisəsinə təcili tibbi yardımın göstərilməsi ilə bağlı göndəriş olmadan müraciət etdikdə özəl tibb müəssisəsi "e-Tabib” elektron informasiya sistemində göndərişlər modulu üzərində elektron sorğu göndərir. Hər ayın sonu ekspertiza nəticəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətin "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olduğunu, dövlət tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini qiymətləndirərək, tibbi xidmətin göstərilməsi barədə qərar verir və özəl tibb müəssisəsinə elektron bildiriş göndərməklə məlumatlandırır.

Tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə və təcililiyi təsdiqləndiyi halda göstərilən xidmətin dəyəri özəl tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir.
Məlumat üçün bildirək ki, vətəndaşlara icbari tibbi sığorta hesabına tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları və mərkəzlərində göstərilir. Tibbi xidmətin sözügedən tibb müəssisələrində göstərilməsi mümkün olmadıqda vətəndaş Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində xidmətdən istifadə etmək üçün göndəriş vərəqəsi ilə təmin olunur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq