TƏBİB: Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananlar evə buraxılıb

TƏBİB: Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananlar evə buraxılıb
SOSİAL
13:10 22.03.2025
263
Ötən gün Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananlar evə buraxılıb.

TƏBİB-dən AZXEBER.COM-a bildirilib ki, partlayışda zərərçəkən iki nəfər martın 21-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
OXŞAR XƏBƏRLƏR