TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı
SOSİAL
18:52 05.07.2025
397
Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

TƏBİB-dən AZXEBER.COM-a bildirilib ki, bu gün saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi  yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.

Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
OXŞAR XƏBƏRLƏR