TƏBİB: Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb

TƏBİB: Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb
SOSİAL
23:28 21.09.2024
201
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı məlumat yayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, hadisə nəticəsində xəsarət alan altı nəfər (dörd kişi, iki qadın) saat 14:30-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri, 1980-ci il təvəllüdlü kişi sağ baldır sümüyünün orta 1/3 hissəsinin açıq yerdəyişmiş sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR