TƏBİB: Qaydaları pozduğuna görə vəzifədən azad edilən tibb işçiləri var

TƏBİB: Qaydaları pozduğuna görə vəzifədən azad edilən tibb işçiləri var
SOSİAL
20:06 01.05.2020
1001
Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin bir otaqda kütləvi şəkildə toplaşaraq tədbir keçirməsi barədə məndə heç bir məlumat yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu məsələ ilə maraqlanacaq: "Əgər həqiqətən onların TƏBİB tərəfindən müəyyənləşdirilən qaydalara riayət etmədiyi üzə çıxarsa, onlar ciddi şəkildə cəzalandırılacaq".

R. Bayramlı qeyd edib ki, son vaxtlar qaydalara riayət etməyən tibbi müəssisələri barədə tədbirlər görülüb: "Həkimlərimizin böyük əksəriyyəti bu işdə canla-başla, fədakarcasına xidmət göstərirlər. Təəssüf ki, bütün sahələrdə olduğu kimi, qaydaları pozmağa cəhd göstərən, qaydalara məsuliyyətsiz yanaşanlar da var. Biz onlarla mübarizə aparırıq. Hətta bir tibb müəssisəsinin rəhbəri barədə ölkə başçısına məruzə olunub. Vəzifədən azad edilənlər, barələrində inzibati tənbeh tədbirləri görülənlər də var. Gəncə, Goranboy, Göygöl və digər yerlərdə də bu faktlar olub. Harada qaydalara əməl edilməyəcək, orada ciddi cəza tədbirləri olacaq. Fədakarcasına iş görülən yerlərdə isə təltiflər olacaq. 27 yanvardan sonrakı dövrdə TƏBİB-ə daxil olan tibb müəssisələrinin tibb işçilərinin bir qrupu pandemiya, bir qrupu isə ölkədəki tibb müəssisələrinin fəaliyyətini normallaşdırmaqla məşğuldurlar. Həm pandemiya ilə bağlı, həm də digər fəaliyyətlə bağlı qüsur görsək, qüsurların aradan qaldırılması üçün onlara şans verəcəyik. O şansdan yararlananlar öz fəaliyyətini davam etdirəcək. Əgər şansdan yararlana bilməsələr, biz onların fəaliyyətinə son qoymalı olacağıq və daha fədakar olanları, bacarıqlıları önə çəkəcəyik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO