TƏBİB qrip əleyhinə hansı vaksindən istifadə ediləcəyini açıqladı

TƏBİB qrip əleyhinə hansı vaksindən istifadə ediləcəyini açıqladı
SOSİAL
12:38 29.08.2020
543

"Payız-qış mövsümündə 4 valentli qrip əleyhinə vaksinlərdən istifadə olunacaq”.

AZXEBER.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaksinlər qripə qarşı immuniteti olmaları üçün sağlam insanlara vurulur: "Vaksinlər sınanmış və zərərsizdir. Bunun da, ilk növbədə, risk qrupuna aid şəxslərə vurulması nəzərdə tutulur. Bu da koronavirusa qarşı onların immun sistemini gücləndirməyə şərait yaradacaq”.

OXŞAR XƏBƏRLƏR