TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”

SOSİAL
19:50 03.06.2020
3946
"Təəssüflər olsun ki, pandemiyadan ikinci mərhələyə keçdikcə, koronavirusdan əvvəl yaşadığımız normal həyata dönə bilmirik. Çünki bu koronavirusun vaksini yoxdur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, karantin rejimindən mərhələli çıxmalıyıq:

"Bunun üçün qaydalar hazırlanıb, müəssisələrə təqdim olunub. Vətəndaşlar qaydalara riayət etmirlər. Nəticədə bu gün koronavirusa yoluxmada ciddi artan say qarşısındayıq”.
 

OXŞAR XƏBƏRLƏR