"Son günlər, təəssüf ki, media nümayəndələri arasında da yoluxmalar aşkarlanıb”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə, bu gün xəstəliyi testlə yoxlanılan şəxslər birbaşa müalicəyə cəlb edilir:
"Lakin təəssüf ki, simptomsuz şəkildə yoluxan şəxslər var ki, bu, riskli məqamdır. Onlarla ünsiyyətdə olan şəxslər də özlərini qorumalıdırlar”.