Ramin Bayramlı: “Xaricdə tibb sahəsində çalışanların ölkəmizə qayıtması üçün hər cür şərait yaradılır”

Ramin Bayramlı: “Xaricdə tibb sahəsində çalışanların ölkəmizə qayıtması üçün hər cür şərait yaradılır”
SOSİAL
11:20 16.04.2020
1452
"Xaricdə təhsil alan tibb işçilərinin Azərbaycanda işləməsi üçün hər çür şərait yaradılıb".

AZXEBER.COM xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə 764 nəfər təhsil alıb ki, onların 560-sı tibb təhsili alıb. Onların 384-ü rezidentura,173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər doktorantura təhsili alıb: "Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edərəm ki, gənclərimiz bu 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarı verəcəklər".
OXŞAR XƏBƏRLƏR