"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək Vüqar Qurbanov kollektivə təqdim olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, kollektivə təqdim edilən V.Qurbanov artıq bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.