TƏBİB Şəmkirdə dönərdən zəhərlənənlərin durumunu açıqladı

TƏBİB Şəmkirdə dönərdən zəhərlənənlərin durumunu açıqladı
SOSİAL
11:34 14.02.2024
139
TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.
OXŞAR XƏBƏRLƏR