TƏBİB tabeliyindəki modul tipli xəstəxanaların təyinatının dəyişdirilməsi üçün layihə hazırlayır

TƏBİB tabeliyindəki modul tipli xəstəxanaların təyinatının dəyişdirilməsi üçün layihə hazırlayır
SOSİAL
22:33 17.06.2023
273

"Koronavirus xəstələrinin müalicəsi üçün tikilən modul tipli xəstəxanaların TƏBİB tabeliyindəki tibb müəssisələrinin nəzdində ehtiyac olan sahələr üçün istifadəyə verilməsinə dair layihələr hazırlanıb".

Bunu "Report"un sualını cavablandıran TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, müvafiq razılaşdırmadan sonra fəaliyyəti dayandırılan digər modul tipli xəstəxanaların təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə istifadə olunacaq.

V.Qurbanov xatırladıb ki, hazırda COVID-19-a yoluxan aktiv xəstələrinin sayı azaldığı üçün onların müalicəsi üçün yalnız Məhəmmədi qəsəbəsindəki modul tipli xəstəxanası saxlanılıb: "Digər modul xəstəxanalar fəaliyyətini dayandırıb".

OXŞAR XƏBƏRLƏR