ABŞ-ın Kaliforniya ştatında Oxo-de-Lyebre su hövzəsində Siam əkizi balina görünüb
Siam balina balaları ölü halda aşkarlanıb. Bu heyvanın uzunluğu 2 metrdən çoxdur. Adətən, balina balalarının uzunluğu 3.5 metrdən 5 metrə kimi olur.Alimlər balaların dünyaya vaxtından tez gəldiyini ehtimal edirlər. Siam balina balalarının ölüm səbəbi haqqında məlumat verilmir.Alimlər məsələni araşdırmaq üçün ölü balina balalarının bədənini götürüb. Onları yerli “Guerro Negro Verde” ekologiya təşkilatının əməkdaşları tapıblar.Qeyd edək ki, təbiətdə boz balinalar arasında Siam əkizlərinə ilk dəfədir ki, rast gəlinir.(ans press)



