Təbii multivitaminlərlə zəngin beş məhsul

Təbii multivitaminlərlə zəngin beş məhsul
SOSİAL
19:25 20.08.2026
170
Qaraciyər, istridyə, sardina, su tərə və yumurta vitamin və mineralların xüsusilə yüksək konsentrasiyası ilə seçilir. Bu məhsullar orqanizm üçün vacib olan bir neçə qida maddəsinin təbii mənbəyi ola bilər. 

Bu barədə "Atletiko Madrid” futbol klubunun dietoloqu Yon Gerboles "Deia” nəşrinə müsahibəsində bildirib.

Gerboles ən qidalı məhsullardan biri kimi qaraciyəri göstərib. Onun tərkibində A vitamini, B qrupu vitaminləri, dəmir, mis, sink, xolin və tamdəyərli zülal çoxdur. Bu maddələr qan yaranması və enerji mübadiləsində iştirak edir, həmçinin sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.

Həkim "təbii multivitaminlər” siyahısına istridyəni də daxil edib. Bu məhsul xüsusilə B12 vitamini, mis və sinklə zəngindir. Sonuncu mineral immun sisteminin fəaliyyəti və toxumaların bərpası üçün mühüm əhəmiyyət daşıyır.

Gerbolesin sözlərinə görə, sardina bir neçə qiymətli komponenti özündə birləşdirir: zülal, omeqa-3 yağ turşuları, D vitamini və B12 vitamini. Balığı sümükləri ilə birlikdə yemək isə orqanizmin əlavə kalsium almasına imkan verir.

Mütəxəssis çoxsaylı qida maddələrinin digər mənbəyi kimi su tərəni və digər yarpaqlı göyərtiləri də göstərib.

"Onların tərkibində K və C vitaminləri, fol turşusu və antioksidantlar var. Eyni zamanda, bu məhsulların kalorisi azdır. Siyahını yumurta tamamlayır. Onların tərkibində tamdəyərli zülal, həmçinin orqanizmin normal fəaliyyəti üçün zəruri olan bir sıra vitamin və minerallar var”, deyə diyetoloq izah edib.

Bununla belə, mütəxəssis bu məhsulların diaqnoz qoyulmuş vitamin çatışmazlığı zamanı vitamin preparatlarını əvəz edə biləcəyini iddia etmir. Onların üstünlüyü ondan ibarətdir ki, adi qidalanma çərçivəsində bir neçə qida maddəsini eyni vaxtda əldə etməyə imkan verir.
 
///demokrat.az///
OXŞAR XƏBƏRLƏR