Təbriz bazarında yanğın baş verib

DÜNYA
17:06 10.10.2013
1015

Təbriz bazarında yanğın baş verib.  

“Öyrənci səsi”nə istinadən verilən məlumatına görə, hadisə oktyabrın 8-də yerli vaxtla gecə saat 02:37-də olub.

Yanğın bir ayaqqabı mağazasında baş verib. Nəticədə üç mağaza yanıb. Hadisə zamanı 5 nəfərin yaralandığı bildirilir. Yanğının səbəbləri hələlik dəqiqləşdirilməyib və hazırda bununla bağlı təhqiqat aparılır. Bundan başqa, dəymiş ziyanın məbləği də hələlik müəyyənləşdirilməyib.(APA)

OXŞAR XƏBƏRLƏR