İranın Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib.
Məhbus qətldə günahlandırılaraq dara çəkilib.
27 yaşlı Səccad Purnəcəf 2008-ci ildə həbs edilib. Əslən Culfa şəhərinin Şuca kəndindən olan məhbus 6 il əvvəl mübahisə zəminində düşən davada özünü həmkəndlisinin balta ilə hücumundan müdafiə edərkən onu qətlə yetirib və nəticədə edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub.