Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən cinayət

SOSİAL
16:05 05.12.2024
215
Bakıda tükürpədən cinayət baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb. Söhbət yeniyetmə yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir. 

İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.

Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb. Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb.

Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İntihar edən yeniyetmənin bütün ailə üzvləri istintaqa cəlb edilib.

Toplanmış dəlil və sübutlar əsasında yeniyetmənin qonşusu tərəfindən intihar həddinə çatdırıldığı məlum olub. X.A.-nın yeniyetmələrə göndərdiyi əxlaqsız mesajlar da sübut kimi işə əlavə edilib. İbtidai istintaqın gedişində onun eyni hərəkətləri etdiyi ikinci yeniyetmə də ortaya çıxıb.

Ekspert rəylərindən görünür ki, intihar etmiş yeniyetmədə sıxıntı, gərginlik, bezikmə və çıxılmazlıq kimi hallar yaranıb. Bütün bunlar onu canına qəsd etməyə məcbur edib. 

Təqsirləndirilən X.A. Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə ittiham edilərək həbs edilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:46 12.02.2025

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

11:33 12.02.2025

Ərdoğanla malaziyalı nazir arasında maraqlı dialoq - VİDEO

11:21 12.02.2025

“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək

11:14 12.02.2025

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

11:00 12.02.2025

Dostları Azəri çəkdikləri filmlə yad edəcək - FOTO

10:58 12.02.2025

İtaliyada Etna vulkanı yenidən aktivləşdi

10:57 12.02.2025

Qadının arxa cibinə qoyduğu telefon partladı - Ciddi yanıq xəsarətləri aldı

10:52 12.02.2025

BDU-nun baş müəllimi vəfat etdi

10:45 12.02.2025

"Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın olması bütün ölkələrin xeyrinə olacaq"

10:45 12.02.2025

Türkiyədə terror əməliyyatında 8 nəfər saxlanıldı

10:34 12.02.2025

"Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır"

10:30 12.02.2025

Məşhur müğənninin təyyarəsi qəzaya uğradı - FOTO

10:26 12.02.2025

Prezident: Biz vəd etdiklərimizi yerinə yetirdik

10:21 12.02.2025

İlham Əliyev: İmperialist keçmişi olan ölkələr diktə etməyə davam etmək istəyir

10:18 12.02.2025

Dövlət başçısı: Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi

10:13 12.02.2025

Prezident Davosda Çinin CGTN telekanalına müsahibə verdi