Böyük Britaniyanın Baş naziri Rişi Sunakın yeni hökm planına əsasən, təcavüz və işgəncə ilə qətl törədən cinayətkarlar ömürlük həbs olunacaqlar.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, plana əsasən, hakimlərə şərti azad edilmə müddəaları və minimum cəza olmadan ömürlük həbs cəzası çəkmək səlahiyyəti veriləcək.
Bununla da həbsdə olanların çox məhdud şərtlər istisna olmaqla, ömürlərinin sonunadək həbsxanada qalması təmin ediləcək.
Cəmiyyətin bu cür cinayətlər törədən insanların ömürlük həbsxanada qalmasını gözlədiyini qeyd edən baş nazir, bu şəxslərin sərbəst gəzə bilməyəcəklərini vurğulayıb.
Şəbnəm