Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən məlumatına görə, təcili yardım maşını 21 yaşlı Cahangir Orucovu vuraraq öldürüb.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.