Xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO

SOSİAL
09:44 13.12.2019
11649
Bir neçə gün əvvəl Bakıda təcili yardım avtomobilnə yol vermədiyi üçün geniş müzakirələrə səbəb olan 90 SJ 100 dövlət nömrə nişanlı, "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü ötən gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, həmin videogörüntülər yayılan gün yol polisi avtomobilin sürücüsünü aşkar edib və xanım sürücünü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət edib.

Lakin sürücü İdarəyə gəlmək əvəzinə avtomobili bir neçə gün gizlətməklə məsuliyyətdən yayınmağa çalışıb. Ona görə də yol polisi sürücünü saxlaya bilməyib. Lakin bu gün avtomobil hərəkətdə olarkən 99 YP 373 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan inpektorlar tərəfindən aşkar edilib.

Yol polisi əməkdaşları sürücünü saxlayaraq ondan sənədləri tələb etsə də, xanım sürücü tabesizlik göstərərək sənədləri təqdim etməyib. Bu səbəbdən də nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

AZXEBER.COM xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı da cərimə meydançasında olub və məlum olub ki, xanım sürücü yenə tabesizlik göstərərək heç bir sənəd təqdim etmir. Cərimə meydançasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov araşdırma məqsədilə xanım sürücüyə yaxınlaşdıqda aqressivlik nümayiş etdirərək sənədləri təqdim etməyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Həmçinin əlavə edib ki, təcili yardım maşınının onun ardınca gəlməyə ixtiyarı yoxdur. Onun videosunu çəkib yaymaqla səhv ediblər.

Məsələ ilə bağlı yol polisi əməkdaşları raport yazıb və müvafiq olaraq sürücü barəsində tədbir görüləcək.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:08 29.09.2020

İlham Əliyev: “Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı iddialar “fake news”dur”

20:48 29.09.2020

İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”

20:39 29.09.2020

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

20:38 29.09.2020

Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - Sensasion ARAŞDIRMA

20:13 29.09.2020

ABŞ-ın ATƏT-dəki səfiri: "Tərəflər danışıqlar masasına gəlməlidir"

20:08 29.09.2020

İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu

20:04 29.09.2020

"Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"

19:21 29.09.2020

Ermənistan mətbuatının növbəti yalanı ifşa olundu - FOTO

19:10 29.09.2020

Hikmət Hacıyev: “Bu barədə xəbərlər cəfəngiyyatdır”

19:06 29.09.2020

Mədət Quliyevin qayını da döyüşə getdi — FOTO

19:05 29.09.2020

Prezident qaçqın və məcburi köçkünlərdən danışdı

19:02 29.09.2020

İsrailin sabiq müdafiə naziri: "Dağlıq Qarabağ həmişə Azərbaycanın olub və olacaq"

18:51 29.09.2020

Eldar Mirzəliyev: Ali Baş Komandan, biz hər zaman əmrinizdəyik

18:48 29.09.2020

"Türk Hava Yolları Azərbaycana uçuşları təxirə salmayıb" - AÇIQLAMA

18:38 29.09.2020

Türkiyə də Ermənistan təyyarəsinin vurulması xəbərini təkzib etdi

18:36 29.09.2020

“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb

X Mostbet