Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
SOSİAL
12:12 09.04.2026
362
Təhsil sistemində süni intellekt həllərinin tətbiqi davam etdirilir.
 
AZXEBERCOM xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə "Google” şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində "Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb. 

Artıq "Rəqəmsal məktəb”də qeydiyyatdan keçmiş müəllimlər "Google”un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər. Yaradılmış imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini zənginləşdirməyə kömək edir.

Süni intellekt alətləri: "Gemini" və "NotebookLM"

İnteqrasiya olunan alətlər arasında xüsusi yer tutan "Gemini" və "NotebookLM" müəllimlər üçün praktik və gündəlik istifadə yönümlü imkanlar təqdim edir:

 "Gemini" dərs planlarının hazırlanmasında, mövzuların izahında və qiymətləndirmə tapşırıqlarının yaradılmasında müəllimlərə dəstək olaraq dərsə hazırlıq prosesini sürətləndirir və məzmunun daha strukturlaşdırılmış şəkildə təqdim edilməsinə kömək edir.

 "NotebookLM" müəllimlərin öz materialları əsasında işləməsinə imkan verərək yüklənmiş sənədlər üzrə xülasələrin hazırlanması, əsas məqamların müəyyənləşdirilməsi və sualların yaradılması kimi funksiyalar vasitəsilə materiallarla işi daha effektiv edir.

Bununla yanaşı, müəllimlər üçün "Google Classroom", "Docs", "Slides", "Sheets", "Forms", "Drive", "Meet", "Chat", "Calendar" və "Keep" kimi digər "Google" alətləri təqdim olunur və bu alətlər dərs idarəetməsi, məzmunun hazırlanması, ünsiyyət və əməkdaşlıq proseslərini vahid rəqəmsal mühitdə daha səmərəli təşkil etməyə imkan verir. 

Təqdim olunan alətlər dərs planlaşdırmanın daha çevik təşkilinə imkan yaradır, tədris materiallarının hazırlanması və paylaşılması prosesini sadələşdirir. Eyni zamanda qiymətləndirmə daha sistemli şəkildə həyata keçirilir, fərdiləşdirilmiş yanaşmalar üçün imkanlar genişlənir və nəticədə müəllimlərin vaxtına əhəmiyyətli dərəcədə qənaət olunur.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü