"Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah”ı qəbul edir.
AZXEBER.COM xəbər verir ki, matçın 14-cü dəqiqəsində Coy Lens Mikelsin penaltidən vurduğu zərbəni "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edir.
Oyunun 44-cü dəqiqəsində "Sabah"ın futbolçusu Abdulla Xaybullayev hesabı açır.
Görüşün 46-cı dəqiqəsində qolun müəllifi A.Xaybullayev qırmızı vərəqə alaraq meydandan qovulur.
Qarşılaşma "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.











































