Futbol matçında faciə: 30 yaşlı futbolçu vəfat etdi

Futbol matçında faciə: 30 yaşlı futbolçu vəfat etdi
İDMAN
13:06 03.11.2026
189
İspaniyanın La Liqa 2 çempionatında Tenerife və "Andorra” komandaları arasında keçirilən qarşılaşma faciə ilə nəticələnib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, oyunun əlavə vaxtında Tenerife klubunun hücumçusu Jesus De Miguel ilə "Andorra”nın qapıçısı Jesus Owono toqquşub. Zərbədən sonra huşunu itirən 30 yaşlı futbolçunun ürəyi dayanıb.

Meydançada aparılan tibbi müdaxilədən sonra futbolçunun ürəyi yenidən işə salınıb və o, xəstəxanaya çatdırılıb.

Lakin bütün müdaxilələrə baxmayaraq, De Miguelin vəziyyəti ağırlaşıb. Tenerife klubu futbolçunun vəfat etdiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR