Təcili! Azərbaycanlıların bank kartlarını talayanlar ifşa edildi

Təcili! Azərbaycanlıların bank kartlarını talayanlar ifşa edildi
SOSİAL
12:18 03.11.2026
312
0:00 / 0:00
Ukraynada Azərbaycan vətəndaşlarının bank kartlarından pul oğurlayan beynəlxalq kiberdələduzluq şəbəkəsinə qarşı əməliyyat keçirilib.

AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, Azərbaycan vətəndaşlarının bank kartlarından pul oğurlayan mütəşəkkil şəbəkənin Kiyevdə müxtəlif ünvanlarda fəaliyyət göstərən "Call center”ləri aşkarlanaraq onlarla kibercinayətkar ifşa olunub. 

Həmin mərkəzlər vasitəsilə vətəndaşların bank məlumatlarının ələ keçirildiyi və hesablarındakı vəsaitlərin mənimsənildiyi bildirilir.

Hadisə ilə bağlı təfərrüatlar açıqlanacaq.
 
OXŞAR XƏBƏRLƏR