Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizəd məsələsinə baxılıb.
Səsvermənin nəticəsinə əsasən, Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib.
AZXEBER.COM yeni Ombudsmanın qısa tərcümeyi-halını təqdim edir:
Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır.
S. Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
3-cü dərəcə dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini vəzifəsini tutur.
Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. O, Milli Məclisin sabiq vitse-spikeri, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır.
İki övladı var.
Fəridə Əsədzadə










































