Azərbaycanın Ombudsmanları: Kimlər bu vəzifəni tutub?

Azərbaycanın Ombudsmanları: Kimlər bu vəzifəni tutub?
SOSİAL
12:30 03.11.2026
297
Xəbər verdiyimiz kimi, Səbinə Əliyeva yenidən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu 2002-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində ölkədə iki şəxs Ombudsman vəzifəsini icra edib.

Ombudsman vəzifəsinə seçilmə məsələsi yenidən gündəmə gəldiyindən, quruma rəhbərlik etmiş şəxslərin fəaliyyəti də diqqət çəkir.

Bəs indiyədək Azərbaycanda kimlər Ombudsman olub və onlar hansı illərdə bu vəzifəni tutublar?

AZXEBER.COM bu vəzifədə çalışmış şəxsləri araşdırıb.
Elmira Süleymanova

Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova 2002-ci il iyulun 2-də Milli Məclisin qərarı ilə bu vəzifəyə seçilib.
O, 2010-cu il martın 5-də ikinci dəfə Ombudsman seçilərək fəaliyyətini davam etdirib.

Kimya elmləri doktoru, professor olan Elmira Süleymanova uzun illər elmi və ictimai fəaliyyətlə məşğul olub. Ombudsman seçilməzdən əvvəl də insan hüquqlarının müdafiəsi, qadın və uşaq hüquqları sahəsində çalışıb.

Onun ikinci səlahiyyət müddəti 2017-ci il martın 5-də başa çatsa da, yeni Ombudsman seçilmədiyindən fəaliyyətini davam etdirib. Nəhayət, 2019-cu il noyabrın 29-da Səbinə Əliyevanın bu vəzifəyə seçilməsi ilə onun 17 illik Ombudsman fəaliyyəti başa çatıb. 
Səbinə Əliyeva

Elmira Süleymanovadan sonra bu vəzifəyə Səbinə Əliyeva seçilib. O, 2019-cu il noyabrın 29-da Milli Məclisin qərarı ilə Azərbaycanın ikinci Ombudsmanı olub.

1980-ci il mayın 7-də Bakıda anadan olan Səbinə Əliyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. 2016-cı ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

O, 2000-ci ildən Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb, 2015-ci ildən isə həmin qurumun Aparat rəhbərinin müavini vəzifəsini tutub.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR